Göyçay sakini “Kalaşnikov” avtomatını polisə könüllü təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Göyçay sakini “Kalaşnikov” avtomatını polisə könüllü təhvil verdi

Hadisə

18 Yanvar 2024 19:56 596


Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir nəfər tapdığı “Kalaşnikov” markalı avtomatı, həmin silaha məxsus üç darağı və 85 ədəd patronu könüllü olaraq təhvil verib.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi məqsədilə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!