Göyçay sakinində narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Göyçay sakinində narkotik aşkarlandı

Kriminal

07 İyun 2019 09:33 1451


Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çayarxı kənd sakini 30 yaşlı Rafiq Yusifov saxlanılıb.

Onun su kanalına yaxın ərazidə əkdiyi 8 ədəd çətənə bitkisi və həmin narkotik tərkibli bitkilərin arasında gizlətdiyi 1 ədəd sellofan torbada ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. pizza

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!