Göyçay sakinlərindən heroin və “patı” götürüldü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Göyçay sakinlərindən heroin və “patı” götürüldü - Fotolar

Kriminal

10 Yanvar 2022 00:14 750


Göyçay Rayon Polis Şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətinə növbəti əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş şəhər sakini Elşad Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə qrupunun əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayon sakini Elvin Şirinov narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin və metamfetamin aşkarlanıb. Toyuqlu pizza

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!