Göyçayda 32 yaşlı kişi qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda 32 yaşlı kişi qətlə yetirildi

Kriminal

18 Fevral 2021 16:39 486


Fevralın 18-də saat 12 radələrində bıçaq xəsarəti ilə ağır vəziyyətdə olan naməlum şəxsin rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Göyçay rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib, zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib. pizza sifarişi

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub. 

Hazırda cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!