Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - Fotolar

Hadisə

28 Aprel 2024 20:35 653


Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. pizza sifarişi

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı köşkə çırpılıb. Köşkün yanında dayanan 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!