Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə döndü

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə döndü

Hadisə

31 Yanvar 2024 23:52 716


Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Məlikkənd kəndində qeydə alınıb.

Yanğın zamanı kənd sakini Abdullayev Şamil Paşa oğluna məxsus ikimərtəbəli, ümümi sahəsi 200 kv. metr olan evin 140 kv. metr hissəsi əşyaları ilə birlikdə yanıb. pizza hut

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı ev yiyəsinə külli miqdarda maddi ziyan dəyib.

Ev sahibinin sözlərinə görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!