Göyçayda keçmiş məhkumdan heroin və metamfetamin götürüldü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda keçmiş məhkumdan heroin və metamfetamin götürüldü - Fotolar

Kriminal

22 May 2021 18:10 1216


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sədi Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.  Dominos pizza

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!