Göyçayda keçmiş məhkumdan narkotik götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda keçmiş məhkumdan narkotik götürüldü

Kriminal

20 Yanvar 2021 11:36 487


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, yaşadığı ünvana baxış keçirilən zaman isə 465 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!