Göyçayda məktəb direktoru qəfil vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda məktəb direktoru qəfil vəfat etdi

Hadisə

14 Fevral 2021 23:31 870


Göyçay rayonunda məktəb direktoru dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, Göyçay şəhər 8 saylı tam orta məktəbin direktoru, 1977-ci il təvəllüdlü Usubəliyev Ceyhun Ramiz oğlu bu gün qəfildən dünyasını dəyişib. Onun Göyçay şəhərinin RTS adlanan ərazisindəki beşmərtəbəli binadan iki gün öncə aldığı mənzildə ürəktutması səbəbindən öldüyü bildirilir.

Ceyhun Usubəliyevin meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.  /APA pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!