Göyçayda metal oğruları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda metal oğruları saxlanıldı

Kriminal

15 Yanvar 2022 09:15 740


Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvlərini saxlayıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, İkinci Ərəbcəbirli kəndində və şəhər ərazisində yerləşən həyətyanı sahələrdən, eləcə də Qızılağac kəndindəki qaynaqçı sexindən ümumi dəyəri 2 min manata yaxın olan dəmir konstruksiyaların oğurlanmasının üstü açılıb.

Cinayət hadisələrini törətməkdə şübhəli bilinən qonşular - keçmiş məhkum Orxan Abdurəhimli, Seyran İsmayılov, Tərlan Həsənov  və onların oğurladıqlarını daşımaq üçün sifariş etdikləri yük avtomobilinin sürücüsü Qəzənfər Fərzəliyev saxlanılıb. pizza hut

Şübhəli şəxslər oğurladıqları metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı Göyçay RPŞ-da araşdırmalar davam etdirilir.

Saxlanılan Orxan Abdurəhimli, Seyran İsmayılov və Tərlan Həsənovun digər analoji cinayətlərdə də iştirakları istisna edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!