Göyçayda nişanlı qızın cehizlərini oğurlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda nişanlı qızın cehizlərini oğurlayan şəxs tutuldu

Kriminal

25 Avqust 2020 00:35 976


Göyçay şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Göyçay şəhər sakini Teyyub Nuriyev rayon polis şöbəsinə müraciət edərək məlumat verib ki, naməlum şəxs ona məxsus evə daxil olaraq, nişanlı qızı üçün aldığı və ümumi dəyəri iki min manat olan cehizlik məişət və geyim əşyalarını oğurlayıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Göyçay şəhər sakini Elxan Məlikov saxlanılaraq istintaqa təhvil verilib. Toyuqlu pizza

Məlumata görə, koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantinə görə nişanlı qızın toy mərasimi təxirə salınıb, bir müddət sonra cehizləri oğurlanıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!