Göyçayda övladını görə bilməyən ata Prezidentə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda övladını görə bilməyən ata Prezidentə müraciət etdi

Sosial

26 Avqust 2019 09:11 1605


Göyçay sakini Prezident İlham Əliyevə şikayət ərizəsi ilə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, ərizənin bir nüsxəsini elektron ünvanımıza göndərən Göyçay şəhər sakini Həmidov Nicat Ehtibar oğlu üzləşdiyi qanunsuzluğa görə özünü öldürmə həddində olduğunu yazıb.

Həmidov Nicat iddia edib ki, bir qrup vəzifəli şəxs maddi maraqlarına görə onun övladını görməsinin qarşısını alır. Göyçay sakini boşandıqdan sonra keçmiş həyat yoldaşının övladını ona göstərmədiyini və bu işdə aidiyyatı orqanların ona dəstək çıxdığını qeyd edib. O ərizədə bildirib ki, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qərarını keçmiş həyat yoldaşı Həmidova Gülnar Vidadi qızı heçə sayaraq onun övladı Həmidli Yağmur Nicat qızı ilə görüşməsinə mane olur. Göyçay sakini iddia edib ki, uzun müddətdir qərarın icra olunmaması onun rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və müavini Hikmət Quliyev barəsində şikayət etməsi ilə bağlıdır. Şikayətçi vurğulayıb ki, keçmiş həyat yoldaşı məhkəmə qətnaməsinin məcburi icrası ilə əlaqədar olaraq görüş vaxtının 20 iyul 2019-cu il tarixə saat 10-00 təyin edilən iclasına gəlməyib.  Toyuqlu pizza

Həmidov Nicat dəfələrlə şikayət ərizəsi ilə yerli orqanlara müraciət etdiyini amma hələ də övladı ilə görüşə bilmədiyini və səbəb kimi qızının onunla görüşmək istəməməsini dediklərini qeyd edib. O, iddia edir ki, azyaşlı övladına keçmiş həyat yoldaşı və onun atası təzyiq edir, onunla görüşməsinə mane olurlar. 

Sonda şikayətçi intihar edəcəyi təqdirdə məsuliyyətin birbaşa Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanovun və onun müavini Hikmət Quliyevin üzərinə düşəcəyini bildirib: “Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasını başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edilməsi üçün ərizə ilə müvafiq orqanlara müraciət etmişəm. Buna görədə tam əsas var ki, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrası başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edilsin.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə, Ombudsman Elmira xanım Süleymanovaya müraciət edirəm.

Sizdən xahiş edirəm ki, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasını başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edəsiniz və Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini dəfələrlə qərəzli olaraq icra etməyən Gülnar Həmidovanın və onu himayə edən Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxamnovun və müavini Hikmət Quliyevin barəsində qanuna müvafiq tədbirlər görəsiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!