Göyçayda su kanalından kişi meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda su kanalından kişi meyiti tapıldı

Hadisə

15 Mart 2021 20:08 813


Göyçay rayonunda itkin düşən şəxsin meyiti su kanalından tapılıb.

Yenisabah.az xəbər verir ki, Göyçayın Ləkçıplaq kənd sakini, 1969-cu il təvəllüdlü Əhmədov Coşqun Əhməd oğlu martın 12-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Qonşular bu gün onun meyitini yaşadığı evin yaxınlığındakı qrunt sularının axıdıldığı drenaj kanalından tapıblar. Dominos pizza

Məlumata görə, həyat yoldaşından ayrılan, spirtli içki və narkotik aludəçisi olan, tüfeyli həyat sürən Coşqun Əhmədov martın 12-də sərxoş vəziyyətdə kanalın üstündəki piyada körpüsündən keçərkən palçıqda ayağı sürüşərək suya düşüb. O, köməksiz vəziyyətdə qaldığı üçün boğularaq ölüb.

Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!