Göyçayda vətəndaşa məxsus yardımçı tikili yanaraq külə döndü

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda vətəndaşa məxsus yardımçı tikili yanaraq külə döndü

Hadisə

02 Aprel 2025 22:43 280


Göyçayda vətəndaşa məxsus yardımçı tikili yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1948-ci il təvəllüdlü Manafov Tofiq Ağaibrahim oğluna məxsus ümumi sahəsi 200 kv. metr olan tikili və içərisində olan xeyli sayda plastik yeşiklər yanaraq külə dönüb. Sezar pizza

Hadisə yerinə FHN-nin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Hazırda fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!