Göyçayda Yeni İl şənliyində karantin qaydaları pozuldu

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda Yeni İl şənliyində karantin qaydaları pozuldu

Hadisə

02 Yanvar 2022 13:57 758


Göyçayda təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində fəaliyyət göstərən “Göyçay” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. pizza sifarişi

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!