Göyçayın 33 yaşlı bələdiyyə sədrinin İsmayıllıda meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayın 33 yaşlı bələdiyyə sədrinin İsmayıllıda meyiti tapıldı

Kriminal

06 Yanvar 2021 22:59 1310


Göyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb. 

Yenisabah.az xəbər verir ki, Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonu İvanovka kəndi ərazisindən tapılıb. 

Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək.  Toyuqlu pizza

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!