Göyçayın yeni icra başçısı kollektivə təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Göyçayın yeni icra başçısı kollektivə təqdim olundu

Maraqlı

18 Oktyabr 2022 11:14 1028


Göyçay Rayon İcra Hakimiyyətinin yeni başçısı Natiq Ağayev kollektivə təqdim olunub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, onu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Rayon ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. pizza mizza

N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!