Göygöl I yatağından istifadə üzrə açıq hərrac keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Göygöl I yatağından istifadə üzrə açıq hərrac keçirilir

İqtisadiyyat

15 Mart 2021 17:16 1220


ETSN yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Göygöl I yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üzrə açıq hərrac keçirilir. 

Yenisabah.az xəbər verir ki, yer təki sahəsindən faydalı qazıntıların çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı  və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət; Pepperoni pizza

2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;

3. Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

4. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);

5. İddiaçının tam adı, hüquqi statusu; Hüquqi şəxsdirsə nizamnaməsi, VÖEN şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri fiziki şəxsdirsə şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;

6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin sürəti;

7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

İddiaçılar hərracda iştirak etmək üçün tələb olunan sənədləri 9 aprel 2021-ci il saat 16:00 qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. 

Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə “İnzibati icraat haqqında” qanunun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim olunmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!