YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Göygöl rayonundakı faydalı qazıntı yatağı hərracda satıldı

Göygöl rayonundakı faydalı qazıntı yatağı hərracda satıldı

İqtisadiyyat

14 Sentyabr 2022 12:38 1767


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.

“Yeni Sabah” xəbər verir ki, hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarıldı. Başlanğıc qiyməti 354800 manatdan başlayan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Qeyd edək ki, yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşir. 

Hərracda “Azerbazalt Elmi – İstehsalat Birliyi” MMC qalib gəlib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!