Göygöldə 10 nəfər sürücü inzibati məsuliyyətə cəlb olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə 10 nəfər sürücü inzibati məsuliyyətə cəlb olundu - Foto

Rəsmi

18 İyul 2021 20:45 821


Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Pepperoni pizza

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 10 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!