Göygöl rayonunda yaşlı qadın özünü asaraq intihar edib.
Yenisabah.az xəbər verir ki, hadisə Göygöl şəhərinin Şəhriyar küçəsində qeydə alınıb.
Tənha yaşayan rayon sakini, 75 yaşlı C.Kərimovanın yaxınları 2 gün ondan xəbər tutmayıb. Evə gələn qohumları qadını asılı vəziyyətdə görüblər. pizza sifarişi
Hadisə ilə bağlı polisə məlumat verilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız