Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.
Avtomobilin vurduğu piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir. Meyit tibbi ekspertizaya aparılıb. İlkin məlumata görə, həmin şəxs toy mərasimindən çıxan qonaqlardan biri olub. Toyuqlu pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız