Göygöldə çayda meyit aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə çayda meyit aşkarlandı

Hadisə

21 Oktyabr 2024 22:59 419


Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib.

Onun sözlərinə görə polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Pepperoni pizza

Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilmısi istiqamətində tədbirlər davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!