Göygöldə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı

Kriminal

20 May 2020 20:58 741


Göygöl rayonunun Zurqes kəndində 25 yaşlı Yusif Rəhimov və 28 yaşlı G.Hüseynova bıçaqlanıb.

Yenisabah.az xəbər verir ki, hər iki şəxs əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Hazırda cərrahiyyə əməliyyatı keçirən yaralılardan birinin vəziyyəti orta-ağır, digərininki isə kafi olaraq qiymətləndirilir.  Dominos pizza

Hadisəni törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Aslan Musa oğlu Verdiyev saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, Y.Rəhimov A.Verdiyevin xalası qızının keçmiş həyat yoldaşıdır. Hadisənin şəxsi münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!