Göygöldə itkin düşən şəxsin meyiti tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə itkin düşən şəxsin meyiti tapıldı 

Hadisə

26 İyun 2023 15:31 758


Göygöl rayonunda itkin düşən şəxsin meyiti tapılıb. 

Yenisabah.az-ın məlumatına görə, Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü Zaur İsmayılov iyunun 22-də itkin düşüb. 

Yaxınları onun dağlıq ərazidə mal-qara otaran zaman itkin düşdüyünü bildirib və Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.  pizza sifarişi

Şəxsin tapılması üçün Polis Şöbəsinin əməkdaşları onun itkin düşdüyü əraziyə cəlb olunub və axtarışlara başlanılıb. 

Gəncin mal qara otardığı ərazinin yaxınlığında təbii və lilli gölməçələr olduğundan onun ora düşərək batdığı ehtimalı nəzərə alınaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şəmkir” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri də axtarışlara cəlb olunub. Aarılan axtarışlardan sonra onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!