Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən və yaralananlar var

Hadisə

10 Sentyabr 2023 23:01 679


Göygöl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, VAZ-21015 markalı avtomobilin “KamAz” markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb. Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Xalay Malik oğlu Tahirli, 1998-ci il təvəllüdlü Bayram Vəli oğlu Məmmədov və onların həmyaşıdı Elgün Mübariz oğlu Hüseynli xəsarət alıblar. Dominos pizza

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!