Göygöldə mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanların kimliyi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə mikroavtobusla avtomobil toqquşdu: Xəsarət alanların kimliyi bilindi

Hadisə

13 Oktyabr 2023 21:14 425


Göygöl rayonunda avtomobil qəzasına düşən şəxslər Şəmkir rayonundaki istixanalardan birində çalışırmışlar.

“Report”un məlumatına görə, onlar işdən çıxıb “Mercedes-Benz” markalı mikroavtobusla Goranboy rayonuna doğru hərəkət edirmişlər. Bu zaman nəqliyyat vasitəsi Göygöl rayonu ərazisində VAZ markalı avtomobillə toqquşub.

Nəticədə biri azyaşlı olmaqla 12 nəfər xəsarət alıb. Onlardan 1992-ci il təvəllüdlü Röyal İlqar oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Fidan Baxşəliyeva, 1984-cü il təvəllüdlü Günay Məhəmməd qızı Dəmirova, 1983-cü il təvəllüdlü Mətanət Ələkbər qızı Heydərova, 1972-ci il təvəllüdlü Səfaqət Mustafa qızı Ağayevanın vəziyyəti orta-ağır, digərlərinin isə vəziyyəti kafi qiymətləndirilir. pizza sifarişi

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!