Göygöldə qadınların bıçaqlaşmasının detalları üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə qadınların bıçaqlaşmasının detalları üzə çıxdı

Kriminal

22 İyun 2020 11:13 1466


Göygöldə qonşu qadınlar arasında bıçaqlanma hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Yenisabah.az bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, 29 yaşlı Rəvanə Novruzova qonşu qadın tərəfindən deyil, qonşusu İlqam Əliyev tərəfindən bıçaqlanıb. Pepperoni pizza

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

R.Novruzova qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yara xəsarəti ilə xəstəxanada müalicə alır. Onun vəziyyəti kafi qiymətləndirilir.

Göygöl Rayon Rolis Şöbəsininin əməkdaşları tərəfindən İ.Əliyevin tapılıb, istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ötən gün Göygöldə qadınlar arasında bıçaqlanma hadisəsi olması barədə məlumat yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!