Göygöldə qəza törədən avtomobilə baxan sürücü maşını aşırdı

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə qəza törədən avtomobilə baxan sürücü maşını aşırdı

Hadisə

13 May 2021 17:54 1006


Göygöl rayonunda xəsarətlə nəticələnən iki avtomobil qəzası olub.

Yenisabah.az xəbər verir ki, hər iki hadisə rayonun Çaykənd-Toğana avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb, daha sonra isə yol kənarındakı meneəyə dəyib. Qəza nəticəsində sərnişin və sürücülər yüngül bədən xəsarətləri alıblar.  Dördpendirli pizza

Hadisə nəqliyyatın hərəkətinə təsir edib. Hadisə baş verən ərazidən keçən “Chevrolet” markalı avtomobil də qəza törədib. İlkin məlumata görə, sürücü baş vermiş qəzanı izlədiyindən diqqəti yayınıb və avtomobili aşırıb. Hadisə nəticəsində ölüm hadisəsi baş verməyib. 

Xəsarət alanlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!