Gözəlləşmək istədi, həyatı kabusa çevrildi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Gözəlləşmək istədi, həyatı kabusa çevrildi - VİDEO

Dünya

23 May 2025 11:01 338


İstanbulda özəl klinikada çənə altındakı yağları aldırma əməliyyatı etdirən Cemilə Tokgöz adlı qadın gözəlləşmək istəsə də, kabus yaşayıb.  İddialara görə, o, eyni klinikada üç dəfə əməliyyat olunub. Bu əməliyyatlar nəticəsində isə üz iflici baş verib. 

Yenisabah.az xəbər verir ki, 2023-cü ildə buxaq bölgəsindən yağ aldırmaq istəyən Tokgöz liposaksiya əməliyyatı etdirib. İddiaya görə, ilk prosedurdan sonra həkim ona hər şeyin normal olduğunu bildirib. Lakin Tokgöz yenidən klinikaya müraciət edib. Bu zaman isə həkim iddiaya görə, “Mən bacarmadım” ifadəsini işlədib.

Üçüncü müraciətində ona ip asqı üsulu tətbiq olunub. Lakin nəticə daha da pis olub. Sonuncu əməliyyat 12 may tarixində baş tutub. Bu əməliyyatdan sonra isə Tokgözün ağız ətrafında deformasiyalar yaranıb və üzündə iflic əlamətləri müşahidə olunub. Dördpendirli pizza

Daha bir qalmaqallı məqam isə verilən reseptdə həkim yerinə başqa bir mütəxəssisin möhürünün vurulması olub. Estetik əməliyyat qurbanı olan Tokgöz hüquqi prosesə başlayıb və özündən başqa zərərçəkənlərin olduğunu iddia edib.

Klinika isə bütün sənədlərə baxmayaraq, bu iddiaları rədd edib.

Maya Bayramova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!