Taliban hakimiyyətinin yeni qərarı nəticəsində Kabildə yüzlərlə qadın gözəllik salonu fəaliyyətini dayandırıb.
Yenisabah.az xəbər verir ki, məlumatlara görə, silahlılar evlərə basqın edərək salonların yerlərini müəyyənləşdirib, avadanlıqları məhv edib və ya müsadirə ediblər. Qadağa nəticəsində bu sahədə çalışan təxminən 60 min qadın işsiz və gəlirsiz qalıb. Onların çoxu ailələrinin əsas dolanışıq mənbəyi idi.
Ekspertlər hesab edirlər ki, bu addım Talibanın qadınları sosial və iqtisadi həyatdan mərhələli şəkildə uzaqlaşdırmaq siyasətinin tərkib hissəsidir. Sezar pizza
Aytac Əliyeva
Telegram kanalımız