Gözəllik salonu Fatiməni məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Gözəllik salonu Fatiməni məhkəməyə verdi

Şou

06 Fevral 2024 20:16 788


Rəqqasə Fatimə Fətəliyeva məhkəməyə verilib.

Yenisabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı "Banu Beauty”MMC-dir. İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Emin Əliyev iş üzrə hakim təyin olunub.

"Banu Beauty” MMC gözəllik salonudur. Reyestr məlumatlarından aydın olur ki, MMC 2017-ci ildə qeydiyyata alınıb. Qanunu təmsilçisi Həsənova Sevinc Qədim qızdır. İşin mahiyyəti haqqında açıq mənbələrdə məlumat yoxdur. Pepperoni pizza

Detalları öyrənmək üçün Fatimə Fətliyevanın köməkçisi ilə əlaqə saxladıq. Lakin o, məhkəmə işi barədə məlumatlı olmadığını bildirdi.

Məlumat üçün deyək ki, Fatimə Fətəliyevanın da gözəllik salonu var. Onun salonu "Banu VİP Beauty” adlanır.

Fatimə Fətəliyeva iqtisadiyyat.az-a verdiyi açıqlamada məhkəmə işinin ona məxsus gözəllik salonu ilə iddiaçı şirkətin eyni adda olması ilə əlaqələndirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!