Gözətçini döyüb 7500 manat apardı   - Cinayət işi

saytların hazırlanması

Evə çatdırılma

Gözətçini döyüb 7500 manat apardı - Cinayət işi

Kriminal

28 Aprel 2020 17:19 874


Marketin gözətçisinə qarşı quldurluq edən şəxsin ibtidai istintaq dövründə həbs müddəti uzadılıb. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirləndirilən Qulamov Cavanşir Çingiz oğlunun məhkəmə psosesinə Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Məmmədov sədrlik edəcək. 

Quldurluq cinayəti 2020-ci il yanvarın 6-da saat 1 radələrində qeydə alınıb. Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn Cavanşir orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu bıçaqla qorxuzaraq döyüb, sonra isə oradan 7500 manat pul götürərək hadisə yerini tərk edib.  pizza sifarişi

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!