Gözətçinin başına daş vurub cibindəki pulu götürdü

saytların hazırlanması

Evə çatdırılma

Gözətçinin başına daş vurub cibindəki pulu götürdü

Kriminal

26 Yanvar 2022 10:22 662


Bakıda zavodun gözətçisinə xəsarət yetirilib. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinə yanvarın 17-də saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində bir nəfərin Bakı vaqon təmiri zavodunun gözətçisi H.Ağayevin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək cibindən 540 manat pulunu götürməsi barədə məlumat daxil olub. pizza sifarişi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Xudaverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!