Gözlənilən müharibənin anonsu verildi: Hazırlıq başlayıb, 90 gün ərzində...

saytların hazırlanması

Evə çatdırılma

Gözlənilən müharibənin anonsu verildi: Hazırlıq başlayıb, 90 gün ərzində...

Siyasət

13 Dekabr 2024 22:04 24781


ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın İran və Ukrayna ilə bağlı son açıqlamaları diqqət çəkib. O, İranla müharibənin baş vermə ehtimalının olduğunu, həmçinin prezidentiliyi dövründə Ukraynaya yardımın kəsilməyəcəyini açıqlayıb.

Maraqlıdır ki, Trampın fəaliyyətə başladıqdan sonra Kiyevə dəstəyi azaldacağı, tədricən isə tamamilə dayandıracağı bildirilirdi.

Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, İsrail açıq şəkildə İranla müharibəyə hazırlaşır: pizza

“Bunu artıq hər kəs bilir. Təl-Əvivin Livan, Suriya və Qəzza əməliyyatlarının əsas hədəfi məhz Tehranla müharibəyə hazırlıqdır. Böyük ehtimal, yanvardan sonra İranla gərginlik yenidən alovlanacaq.

Tramp müharibə məsələsində İsrailə dəstək göstərəcək. O, əvvələr də bunun mesajını vermişdi. Son çıxışda da mövzuya toxunması vəziyyətin ciddiliyindən xəbər verir.

qedir aslan

Qədir Aslan

Onun Ukraynaya yardımları dayandırmayacağı bəlli idi. ABŞ Kiyevin müdafiəsindən əl çəkməyəcək. Çünki kifayət qədər vəsait xərclənib və Vaşinqtona qələbə lazımdır. 90 gün ərzində Trampa hesabat verilməlidir. Bu hesabatda Ukraynadakı son durum, ordunun vəziyyəti, qələbə imkanları təqdim ediləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!