"Səs Azərbaycan" yarışmasında iştirakçılara qarşı münasibəti ilə gündəmə gələn Xalq artisti Brilliant Dadaşova tənqidlərə cavab verib.
Yenisabah.az xəbər verir ki, ötən gün Vətən müharibəsi iştirakçısı Nicat Tağıyevın ifasından sonra sənətçinin ayağa qalxmaması müzakirələrə səbəb olub.
Müğənni sosial şəbəkə hesabında paylaşım edib: Pepperoni pizza
"Şair çox gözəl deyibmiş, "sevənlərin qəlbində, gözügötürməyənlərin isə boğazında tıx olub qalarıq. Nəticədə hər ikisi varlığımızın əhəmiyyətini, gücünü əks etdirər".
Qeyd edək ki, sənətçinin bir neçə gün əvvəl yarışmaya qatılan iştirakçının artıq çəkisini müzakirə etməsi də qınağa səbəb olmuşdu.
Telegram kanalımız