“Gözümüzün qarşısında günahsız insanlar ölür” - General

saytların hazırlanması

Evə çatdırılma

“Gözümüzün qarşısında günahsız insanlar ölür” - General

Sosial

16 Dekabr 2019 15:27 1415


“Gözümüzün qarşısında günahsız insanlar ölür”.

"Yeni Sabah" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Azərbaycan Radiosunun "Təhlükəsiz yol" proqramında deyib. 

O bildirib ki, Yol hərəkəti təhlükəsizliyi dövlət rəhbərliyinin, nazirlik rəhbərliyinin daimi diqqətindədir və narahat edir: “Bu qəzalarda insan ölümləri bizi təəssüfləndirir. Bu gün həyatı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Bir insan həyatını avtomobil yolunda itirir. Hadisələrin təhlili onu göstərir ki, qəzalar bir çox insanların diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verir. Maarifləndirmə işləri aparmalıyıq ki, günahsız yerə insanlar ölməsin. Amma tək pis hadisələrə köklənməməli, bu sahədəki müsbət işləri də görmək lazımdır”. /qafqazinfo Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!