“Grandmart” “Johnson & Johnson” məhsullarını satışdan çıxardı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Grandmart” “Johnson & Johnson” məhsullarını satışdan çıxardı - Video

İqtisadiyyat

03 Noyabr 2020 22:27 1016


“Grandmart” mağazalar şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib. 

Şirkətdən verilən məlumata görə, “Johnson & Johnson” şirkətinin bütün məhsulları “Grandmart” supermarket şəbəkəsinin satışından artıq yığışdırılıb.

Qeyd edilir, ki bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.  pizza

Xatırladaq ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!