“Green Card” müraciəti pullu oldu

saytların hazırlanması

Evə çatdırılma

“Green Card” müraciəti pullu oldu

Dünya

17 Sentyabr 2025 15:45 529


16 sentyabr 2025-ci il tarixindən etibarən "Green Card" Lotereyasının bütün iştirakçılarından 1 ABŞ dolları məbləğində ərizə haqqı ödəmələri tələb olunur.

Yenisabah.az xəbər verir ki, bu dəyişiklik əlavə elektron ərizə rüsumudur və ərizənin təqdim edilməsi zamanı tutulur. 

Əvvəllər iştirak pulsuz idi və yeganə rüsum 330 dollar idi ki, onu da yalnız viza üçün müraciət edən və qazananlar ödəyirdi. Sezar pizza

Yeni rüsum lotereya xərclərini bir neçə şəxs deyil, bütün müraciət edənlər arasında daha ədalətli bölüşdürmək məqsədi daşıyır. Konkret olaraq, vəsait məlumatların emalı və mühafizəsi, qaliblərin avtomatik seçilməsi və proqramın texniki infrastrukturunun saxlanılması ilə bağlı illik xərcləri qarşılayacaq.

330 ABŞ dolları məbləğində viza ərizəsinə baxılması üçün əsas rüsum dəyişməz olaraq qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!