“Güclənən Azərbaycan Rusiya üçün maraqlı tərəfdaşdır” -   Gürcü ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Güclənən Azərbaycan Rusiya üçün maraqlı tərəfdaşdır” - Gürcü ekspert

Dünya

13 Noyabr 2020 12:04 994


“Ermənistan bölgədə balansın dəyişməsi ilə bağlı reallığı və Azərbaycanın güclənməsini qiymətləndirə bilmədi”.

Yenisabah.az xəbər verir ki, bunu xarici əlaqələr üzrə ekspert Tornike Şaraşenidze “İmedi” telekanalına müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlar zamanı PUA-lar və yeni texnologiyalardan istifadə etməklə müharibədə dönüş nöqtəsi yaratdı: “Ermənistanda olan bütün hərbi sursat və texnika əsasən Rusiya istehsalıdır və Azərbaycanın PUA-ları qarşısında tamamilə zəif idi. Azərbaycan Ordusu həlledici məqama çatanda Rusiya müdaxiləyə qərar verdi”. Marqarita pizza

T.Şaraşenidze güclənən Azərbaycanın Rusiya üçün maraqlı tərəfdaş olduğunu və Türkiyənin bölgədə daha da fəallaşdığını qeyd edib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!