Əfqanıstanın şimal və qərb bölgələrində baş verən daşqınlarda ölənlərin sayı 50-yə yüksəlib.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin sözçüsü Əhməd Təmim Əzimi açıqlama verib. O bildirib ki, mayın 2-dən başlayan daşqınlar səbəbilə təxminən 500 ailə evini tərk etmək məcburiyyətində qalıb və bölgədə təcili yardım işlərinə başlanıb.
Daşqınların şimal və qərb bölgələrində 17 şəhərə təsir etdiyi, təkcə Ghorda 22 nəfərin öldüyü diqqətə çatdırılıb. pizza
Əzimi daşqından zərər çəkən ailələrə təxminən 644 dollar veriləcəyini də vurğulayıb.
Telegram kanalımız