Güclü külək Gəncədə ciddi problemlər yaratdı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək Gəncədə ciddi problemlər yaratdı - Foto

Hadisə

09 May 2021 21:39 1941


Gəncədə yağışla müşahidə olunan güclü külək fəsadlar törədib.

Yenisabah.az xəbər verir ki, bu gün axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşıb.

Bir neçə küçədə ağacın aşması nəticəsində elektrik və qaz xətləri sıradan çıxıb. Dördpendirli pizza

Şəhərin bəzi ərazilərində qaz və elektrik enerjinin verilməsində fasilə yaranıb.

Həmin ərazilərə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda Gəncə şəhəri ərazisində yağışla müşahidə edilən küləkli hava davam edir (apa).

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!