Güclü külək İstanbula ciddi ziyan vurdu:   Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Hadisə

29 Noyabr 2023 23:23 820


İstanbulda hökm sürən kəskin hava şəraiti səbəbindən bir nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə İstanbul valiliyinin şəhərdə güclü külək və leysanın son 24 saat ərzində yaratdığı fəsadlarla bağlı məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, küləyin aşırdığı elektrik dirəyinin altında qalan bir nəfər həyatını itirib. Dominos pizza

İstanbul və Bursada dəniz səfərləri təxirə salınıb. Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb. Külək ümumilikdə 27 tikilinin dam örtüyünü uçurub, 43 ağac kökündən qopub, bir ərazidə torpaq sürüşməsi qeydə alınıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!