Güclü külək Mingəçevirdə fəsadlar törətdi

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Rəsmi

25 Sentyabr 2022 20:45 1045


Güclü külək Mingəçevirdə fəsadlar törədib.

Yenisabah.az xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsində iri gövdəli çinar ağacı qırılaraq qaz borusunun üzərinə düşüb. Nəticədə həmin ünvanda 3 binada yaşayan 45 abonentə qaz verilişində fasilələr yaranıb.

Külək, həmçinin şəhərin Nizami, Nəriman Nərimanov, Aşıq Qurbani, Rəsul Rza küçələrində də müxtəlif növ ağacları kökündən qoparıb. Sezar pizza

Hadisə zamanı xəsarət alan olmayıb.

Şəhərin müxtəlif ünvanlarında aşan ağaclar Mingəçevir Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin əməkdaşları tərəfinən ərazidən götürülüb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!