Güclü külək, yağış, dolu... - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək, yağış, dolu... - XƏBƏRDARLIQ

Sosial

20 İyun 2025 16:59 341


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Yenisabah.az xəbər verir ki, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

İyunun 21-gündüzdən 24-dək Bakı və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq. pizza

Naxçıvan MR, Ağstafa, Qazax, Gəncə, Samux, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Daşkəsən, Naftalan, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Yevlax, Laçın, Şabran, Şəki, Zaqatala, Balakən, Qax, Siyəzən, Xızı, Qobustan, Qusar, Sabirabad, Salyan, Ağdərə, Ağdam, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Biləsuvar, Masallı, Hacıqabul, Saatlı, Şirvan, Lənkəran, Astara, Cəlilabad, Mingəçevir, Xaçmaz, Füzuli, İmişli, Beyləqanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!