Güclü küləklə bağlı xəbərdarlıq 

saytların hazırlanması

Evə çatdırılma

Güclü küləklə bağlı xəbərdarlıq 

Sosial

21 Sentyabr 2019 05:56 992


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda güclü külək olacağı haqda xəbərrdarlıq yayıb. 

“Yeni Sabah” xəbər verir ki, məlumatda sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyinin gözləndiyi bilirilib.

Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq. Dominos pizza

Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar,

Güclü külək nəticəsində iri gövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsıyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!