Güclü küləklə əlaqədar yüzlərlə neftçi dənizdən təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Güclü küləklə əlaqədar yüzlərlə neftçi dənizdən təxliyə edildi

Sosial

21 Sentyabr 2019 11:36 833


Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub: "Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb". Toyuqlu pizza

Məlumatda deyilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır: “Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-də səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, saat 12:00-a olan məlumata görə, şimal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib.

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!