Güclü qar və şaxta Ermənistanda yolları iflic etdi

saytların hazırlanması

Evə çatdırılma

Güclü qar və şaxta Ermənistanda yolları iflic etdi

Dünya

19 Yanvar 2021 10:35 754


Ermənistanda bəzi yollar hələ də bağlıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, "Amberd" hidrometeoroloji stansiyasından Amberd qalasına və Kari liç gölünə aparan yollar hələ də bağlı olaraq qalır. Vardenyats aşırımı buzlu olduğundan nəqliyyat vasitələrinin keçməsində çətinlik yaranıb.

Geğarkunik ərazisindəki yolların, eləcə də İrəvan-Sevan magistral yolunun 16-39-cu kilometrliyinin buzla örtülü olduğu bildirilib. pizza

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti isə Stepantsminda-Lars yolunun bütün növ nəqliyyat vasitələri üçün bağlı olduğunu və ərazidə 450 ağır yük maşının toplandığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!