Güclü yağış qızıl mədəninin çökməsinə səbəb oldu   - 50 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağış qızıl mədəninin çökməsinə səbəb oldu - 50 nəfər öldü

Dünya

15 Sentyabr 2020 14:42 1024


Konqo Demokratik Respublikasının Cənubi Kivu vilayətindəki Kamituqa bölgəsində qızıl mədəninin çökməsi nəticəsində 50 nəfər həyatını itirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə vilayət valisi açıqlama verib. Onun sözlərinə görə, çökməyə səbəb bir həftə ardıcıl leysan yağışın yağması olub. 

Bildirək ki, ölkədə iki günlük matəm elan olunub.  pizza sifarişi

Kamituqa bələdiyyəsinin sədri Aleksandr Bundya çöküntünün altında hələ də insan ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu səbəblə axtarış və xilasetmə işləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!