Güclü yağış yağdı, qaya parçaları yola səpələndi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağış yağdı, qaya parçaları yola səpələndi - FOTO

Hadisə

20 Mart 2024 08:06 893


İntensiv yağan yağış nəticəsində Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda uçqun baş verib.

“Yeni Sabah” xəbər verir ki, Zərnətun körpüsünün yaxınlığında iri qaya parçaları yolun hərəkət hissəsinə aşıb.

Nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb. pizza mizza

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!